Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2026

Paylaşın

GÜNDƏM

Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib

Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib.

Baki-baku.az xəbər verir ki, Tbilisidə Azərbaycanın zəngin qeyri-maddi mədəni irs nümunələrindən biri olan kəlağayı sənətinə həsr olunmuş “Kəlağayı milli sərvətimizdir” kitabının təqdimatı keçirilib.

Tədbir “Alyans” Gənclər Mərkəzinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Təqdimatda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ilin noyabrında UNESCO-nun Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu sessiyasında “Kəlağayı simvolikası və ənənəvi sənəti: qadın ipək baş örtüklərinin hazırlanması və saxlanılması” elementi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan, rus və gürcü dillərində nəşr olunan kitabda kəlağayının yalnız geyim elementi olmadığı, həmçinin Azərbaycan qadınının kimliyinin, mənəvi dəyərlərinin və estetik zövqünün ifadəsi kimi təqdim edildiyi bildirilib.

Nəşrdə milli kəlağayı sənətinin tarixi, onun Azərbaycan qadını üçün ismət, nəzakət və zəriflik rəmzi kimi əhəmiyyəti haqqında məlumatlar yer alıb. Kitabı gürcü dilinə Gürcüstan Dövlət Mükafatı laureatı, yazıçı və tərcüməçi İmir Məmmədli tərcümə edib.

Tədbirin sonunda Azərbaycan milli rəqsləri nümayiş etdirilib, uşaqlar tərəfindən kəlağayıya həsr olunmuş şeirlər səsləndirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Türk Mədəniyyəti və İrsi Səfiri” fəxri adı türk dünyasının mənəvi birliyinin və ortaq dəyərlərinin möhkəmləndirilməsinə töhfə verən şəxsiyyətlərin

Ən son

GÜNDƏM

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

GÜNDƏM

Sentyabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin