AZAL: Qəza enişi edən təyyarənin sərnişinlərindən 37 nəfəri Azərbaycan vətəndaşıdır
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qəza enişi edən təyyarəsinin göyərtəsindəki 62 sərnişindən 37 nəfəri Azərbaycan vətəndaşı olub.Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, həmçinin göyərtədə olanların 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü Qırğızıstan vətəndaşıdır.Bildirilib ki, sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.
Prezident İlham Əliyevin tapşırığı ilə dövlət rəsmiləri Aktaudakı təyyarə qəzasını araşdırmağa gedib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxıstana yola düşüblər.Baki-baku.az xəbər verir ki, baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin […]