Təyyarə qəzasında həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib

II Fəxri xiyabanda dəfn edilib

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib.Baki-baku.az xəbər verir ki, ekipaj üzvlərindən stüardessa Hökümə Əliyeva, kapitan pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninovun dəfn mərasimində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir

ekipaj üzvlərinin vida mərasimi

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.Baki-baku.az xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.Həlak olan üç ekipaj üzvü – gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə […]

Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirilib

Vida mərasimi

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva) cənazələri vida mərasimi üçün Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib.Baki-baku.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-da İqor Kşnyakin, Aleksandr […]

Rusiya aviaşirkətinin Bakı və Gəncəyə uçuşları dayandırılıb

Aviaşirkət

Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.Baki-baku.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.Məlumata görə, “Azimut” Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın […]

AZAL-ın qəzaya uğramış təyyarəsinin ekipaj üzvləri II Fəxri xiyabanda dəfn olunacaq

Ekipaj üzvləri

“Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq. Baki-baku.az xəbər verir ki, onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 […]

Qəzada həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Bakı Aeroportunda stend yaradılıb

Təyyarə

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Embraer” təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportunda xatirə stendi yaradılıb.Baki-baku.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) məlumat yayıb.Vətəndaşlar yaradılmış xatirə stendinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad […]

Bu gün Azərbaycanda matəmdir

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.Baki-Baku.az xəbər verir ki, matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində dekabrın 26-na nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb. Radio və televiziyalarda əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur. Matəm […]

Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

Azərbaycanda matəm

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

AZAL: Qəza enişi edən təyyarənin sərnişinlərindən 37 nəfəri Azərbaycan vətəndaşıdır

AZAL

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qəza enişi edən təyyarəsinin göyərtəsindəki 62 sərnişindən 37 nəfəri Azərbaycan vətəndaşı olub.Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, həmçinin göyərtədə olanların 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü Qırğızıstan vətəndaşıdır.Bildirilib ki, sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.