Rusiya aviaşirkətinin Bakı və Gəncəyə uçuşları dayandırılıb

Aviaşirkət

Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.Baki-baku.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.Məlumata görə, “Azimut” Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın […]

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır

AZAL

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.Baki-baku.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) yayıb.Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən […]

Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb.

Təyyarə

Azərbaycan Prezidenti İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb.Baki-baku.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb:“Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə […]

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib, tapşırıqlar verilib

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib. Bu barədə Baki-Baku.az-a Nazirlər Kabinetindən məlumat verilib. Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib. Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və […]

Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

Azərbaycanda matəm

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

AZAL-ın qəza enişi edən təyyarəsində 67 nəfər olub, sağ qalanlar var

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qəza enişi edən təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə […]

AZAL Yeni il ərəfəsində endirimli biletlər təklif edir

AZAL

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Yeni il ərəfəsində səyahətləri daha əlçatan etmək və sərnişinləri sevindirmək üçün xüsusi “Yeni il” kampaniyasını elan edir.Baki-baku.az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, dekabrın 20-dən yanvarın 5-dək olan satış tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 25 %-dək endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il […]

AZAL Bakı-Naxçıvan-Bakı aviareysinin sərnişinlərinə müraciət edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan-Bakı aviareysinin sərnişinlərinə müraciət edib.Baki-Baku.az AZAL-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ənənəvi olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə tələbat artır. Bununla əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu müddət ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.Mülki aviasiyada pik […]

Təyyarə salonunda qalxma və enmə zamanı işıqlar niyə söndürülür?

Təyyarə

Təyyarə salonunda qalxma və enmə zamanı işıqların söndürülməsi səbəbi bir çoxlarını maraqlandırır. Bunun elektrik enerjisinə qənaət etməklə heç bir əlaqəsi yoxdur.Baki-baku.az bu barədə vokrugsveta.ru-ya istinadən xəbər verir.Bort bələdçisi Mateuş Maşinski təyyarə salonunda qalxma və enmə zamanı işıqların azaldılmasının əsl səbəbinin təhlükəsizlik olduğunu bildirib.“Salondakı işıqlandırma səviyyəsi xarici mühitlə eyniləşdikdə, bort bələdçilərinin gözləri qaranlığa alışır və gözlənilməz […]