Mart və aprel aylarından Bakıdan yeni istiqamətlərə aviareyslər açılacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir.
Tbilisi-Bakı reysini yerinə yetirən təyyarənin uçuşu texniki səbəblərdən gecikir

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.
Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.Bu barədə Baki-baku.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.“Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri […]
AZAL: Gəncəyə yönləndirilən təyyarələr Bakıya yola düşür

Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.Baki-baku.az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.Heydər Əliyev Beynəlxaq Aeroportunda hava […]
Bir neçə istiqamətdən Bakıya gələn təyyarələr Gəncə aeroportuna eniş edib

Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.Baki-baku.az AZAL-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər […]
Qəzaya uğramış təyyarənin qara qutuları Braziliyaya göndəriləcək

Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qara qutuları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.Baki-Baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, CENIPA-da qara qutuların çatdırılması və oxunması prosesi azərbaycanlı […]
Rusiya aviaşirkətinin Bakı və Gəncəyə uçuşları dayandırılıb

Rusiyanın “Azimut” aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.Baki-baku.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.Məlumata görə, “Azimut” Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın […]
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.Baki-baku.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) yayıb.Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən […]
Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib, tapşırıqlar verilib

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib. Bu barədə Baki-Baku.az-a Nazirlər Kabinetindən məlumat verilib. Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib. Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və […]
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.