Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

FHN-dən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Baki-Baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və […]

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Noyabrın 2-3-də gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Baki-Baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcəyi bildirilib.“Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, […]

Azərbaycanda hava kəskin dəyişəcək, külək əsəcək

Azərbaycanın bəzi bölgələrində dekabrın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.Məlumata görə, Laçın, Zəngilan, Ağdam, Ağdərə, Kəlbəcər, Yardımlı, Lerik, Qazax, Gəncə, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Şəmkir, Göygöl, Goranboy, Naftalan, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ucar, Ağdaş, Şamaxı, Qobustan, Qax, Balakən, Şəki, Zaqatala, […]

Bakıda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava şəraiti, yağmurlu hava, yağış, hava proqnozu, hava haqqında

“Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir”.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə istinadən xəbər verir.Onun sözlərinə görə, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.“Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir”, – deyə N.Mahmudov qeyd edib.

Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 09-u saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.Baki-baku.az Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovaya istinadən bildirir ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81%-ni təşkil edir.“Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir”, – […]

Ölkə ərazisində yağıntılarda fasilə yaranıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.Baki-baku.az-ın xəbərinə görə, Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib.Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava […]

Qurumların rəhbərləri hadisə yerində

Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq olması səbəbindən paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektindəki Bağırov korpüsü ərazisində suyun səviyyəsi artmış, nəticədə sözügedən ərazidə hərəkət tam məhdudlaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyəti strukturların rəhbərləri əraziyə gələrək baxış keçirmiş, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, […]

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.BDYPİ-dən Baki-baku.az-a verilən məlumata görə, müraciətdə deyilir:“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə respublikanın ayrı-ayrı rayonlarında yağışın intensiv və güclü olacağı, bəzi dağlıq rayonlarda qarla əvəzlənməsi ehtimalı var.Verilən xəbərdarlıq, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti […]

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə daha da enəcəyi gözlənilir. Baki-baku.az bildirir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi […]

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. BakıBaku xəbər verir ki, oktyabrın 11-14-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib. Sarı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz, Xızıda fasilələrlə qərb küləyi əsəcək, […]