Nəşr edilmişdir 12/26/2024

Paylaşın

GÜNDƏM

Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb

Təyyarə qəzası

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən çoxsaylı insanın xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.
Baki-baku.az xəbər verir ki, insanlar qəzada həyatını itirən şəxslərin xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-ci il 25 dekabr tarixli Sərəncamına əsasən, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. AZAL-ın qəza enişi edən təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilik 67 nəfər olub.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hazırkı vaxtadək Bakı şəhərinin Nəsimi, Səbail və Sabunçu rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin

Ən son

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat

DİGƏR XƏBƏRLƏR

Gələn il iki Günəş, iki Ay tutulması olmaqla ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.Baki-baku.az xəbər

GÜNDƏM

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.Baki-baku.az xəbər verir ki, müraciətdə