Nəşr edilmişdir 12/26/2024

Paylaşın

GÜNDƏM

Təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb

Təyyarə qəzası

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən çoxsaylı insanın xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.
Baki-baku.az xəbər verir ki, insanlar qəzada həyatını itirən şəxslərin xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-ci il 25 dekabr tarixli Sərəncamına əsasən, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. AZAL-ın qəza enişi edən təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilik 67 nəfər olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində yanvarın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

Ən son

GÜNDƏM

İqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 5.6 milyard insanın həyatını təhdid edəcək.Baki-baku.az xəbər verir ki,

GÜNDƏM

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar olaraq,

GÜNDƏM

Bu ilin yanvar-oktyabr aylarında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 251,6 manat təşkil edib.Baki-Baku.az