Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/17/2024

Paylaşın

GÜNDƏM

Təyyarə salonunda qalxma və enmə zamanı işıqlar niyə söndürülür?

Təyyarə

Təyyarə salonunda qalxma və enmə zamanı işıqların söndürülməsi səbəbi bir çoxlarını maraqlandırır. Bunun elektrik enerjisinə qənaət etməklə heç bir əlaqəsi yoxdur.
Baki-baku.az bu barədə vokrugsveta.ru-ya istinadən xəbər verir.
Bort bələdçisi Mateuş Maşinski təyyarə salonunda qalxma və enmə zamanı işıqların azaldılmasının əsl səbəbinin təhlükəsizlik olduğunu bildirib.
“Salondakı işıqlandırma səviyyəsi xarici mühitlə eyniləşdikdə, bort bələdçilərinin gözləri qaranlığa alışır və gözlənilməz vəziyyətlərdə, məsələn, təcili təxliyə zamanı daha tez reaksiya verə bilirlər. Misal üçün, otaqda işığı söndürdükdə əvvəlcə hər hansı bir əşyanı görməyə çətinlik çəkirik. Bir qədər sonra gözlərimiz qaranlığa alışanda artıq görmə yaxşılaşır. Eyni prinsip gecə vaxtı qalxma və enmə üçün salon işıqlarını azaltdıqda da tətbiq olunur. Həmin prinsip gündüz enən reyslərdə də tətbiq olunur. Burada bort bələdçilərini qəfil xarici işıq kor etməsin deyə salon işıqlarını açıq saxlamaq daha məqsədəuyğundur”, – deyə Maşinski izah edib.

Təyyarə


Maraqlıdır ki, bütün aviaşirkətlər bu qaydalara əməl etmir. Bir çox ölkələrdə onlar qalxma və enmə zamanı salon işıqlandırması şərtləri ilə bağlı öz qaydalarını müstəqil şəkildə müəyyən edirlər. 2017-ci ildə Niderland milli aviadaşıyıcısı KLM Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin məsləhətləşməsinə cavab olaraq bildirmişdi ki, yuxarıda qeyd olunan qaydaları dəstəkləyən heç bir elmi sübut yoxdur.
Bəzi aviaşirkətlər gecə vaxtı qalxma və enmə zamanı “Siqaret çəkmək olmaz” və “Kəmərləri bağlayın” işarələri istisna olmaqla, demək olar ki, bütün işıqları söndürməyə, digər daşıyıcılar isə zəif dekorativ işıqlandırmaya üstünlük verirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Золото – ценный ресурс, который всегда в дефиците.

Ən son

GÜNDƏM

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin "2025 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar sürücülərə müraciət

GÜNDƏM

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin "2025 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar sürücülərə müraciət
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin