Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

GÜNDƏM

“Şəhərlər əvvəldən hər kəs üçün nəzərdə tutulsaydı, necə olardı?” – WUF13-də seminar keçirilib

WhatsApp Image 2026-05-21 at 14.59.39

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – World Urban Forum 13 çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov tərəfindən interaktiv seminar təşkil olunub.
Baki-baku.az xəbər verir ki, “Şəhərlər lap başlanğıcdan hamı üçün layihələndirilsəydi, necə görünərdi?” mövzusuna həsr edilən tədbir inklüzivlik, universal dizayn və icma əsaslı yanaşmaların daha dayanıqlı, əlçatan və ədalətli şəhər mühitinin formalaşmasına necə töhfə verdiyini araşdırıb.
A.Xəlilov təqdimatında inklüziv şəhərsalmanın əlilliyi olan şəxslərin icma həyatına, mənzil imkanlarına və ictimai məkanlara inteqrasiyasını necə gücləndirə biləcəyinə diqqət çəkib.
O, Azərbaycan təcrübəsinə istinad edərək əlçatan və dayanıqlı şəhərlərin formalaşmasında universal dizayn prinsiplərinin, ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) standartlarının və icma əsaslı reabilitasiya modellərinin əhəmiyyətini təhlil edib.
Qeyd olunub ki, nümunə araşdırmaları, birgə xəritələşdirmə tapşırıqları və qrup müzakirələri vasitəsilə iştirakçılar mövcud maneələri müəyyənləşdirərək daha inklüziv şəhər mühitləri üçün praktiki həllər üzərində birgə işləyiblər.
Sessiyada vurğulanıb ki, əlilliyin inklüzivliyi yalnız sosial təşəbbüs deyil, dayanıqlı şəhərsalma planlaşdırmasının və dözümlü şəhər inkişafının əsas prinsiplərindən biridir.
Tədbir sual-cavab formatında davam etdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində müəllim və tələbələr üçün “Şəhərsalmanın

Ən son

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin