Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2025

Paylaşın

GÜNDƏM

Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşan Vaqif Poeziya Günləri Şuşada davam edir.
Poeziya bayramı çərçivəsində iyulun 23-də Şuşa şəhərində Natəvanın evinin qarşısındakı meydanda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabının təqdimatı keçirilib.
Baki-baku.az xəbər verir ki, yazıçı Varis Yolçuyevin aparıcılığı ilə keçən təqdimatda “Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin, AYB-nin katibi, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, tənqidçi Əsəd Cahangir çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, kitab Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş iki nəslə həsr olunub, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. Xalq yazıçısı Anar ədəbi qəhrəmanları Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.
Akademik Nizami Cəfərovun ön söz yazdığı kitabda Anarın şeirləri də yer alıb.
Təqdimatdan sonra şair İbrahim İlyaslının aparıcılığı ilə poeziya saatı təşkil olunub.
Tanınmış şairlər Abuzər Turan, Bəsti Əlibəyli, Xuraman Muradova və başqa şairlər şeirlərini oxuyub, bədii qiraətçilər poeziya nümunələrini səsləndiriblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Ən son

GÜNDƏM

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib.

GÜNDƏM

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin