Avqustun 12-də Suraxanı Gənclər Evində Bakı Şəhər Gənclər və İdman idarəsinin Suraxanı rayonu üzrə gənclər və İdman sektorunun təşkilatçılığı, YAP Suraxanı rayon təşkilatının, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Suraxanı Gənclər Evinin dəstəyi ilə Beynəlxalq Gənclər Günü münasibətilə “Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu” adlı görüş keçirilib.
Baki-baku.az xəbər verir ki, görüşdə “Beynəlxalq Gənclər Günü”nün dünyanın hər yerində gəncliyin gücünü, yaradıcılığını və cəmiyyətə verdiyi töhfələri qeyd etmək üçün əlamətdar bir gün olduğunu, məhz bu səbəbdən Azərbaycan dövlətinin müstəqilliyini bərpa etdiyi ilk gündən gənclərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd ediblər.