Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/25/2026

Paylaşın

GÜNDƏM

Sumqayıt Teatrından uşaqlara 1 İyun sürprizi

WhatsApp Image 2026-05-25 at 11.44.56

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri təqdim edəcək.

Bakı-baku.az xəbər verir ki, yazıçı Kərim Həsənovun “Sehrli yaylıq” əsəri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası teatrsevərlərin ixtiyarına veriləcək.

Nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru gənc rejissor Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.

Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm dəyərlər aşılanır.

Tamaşada rolları Əməkdar artist Elmira Kərimova, eləcə də aktyorlar Emil Həmidov, Şəhla Məmmədova, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova, və Şəhriyar Aşkari canlandırırlar.

Sumqayıt Dövlət Dram Teatrı bütün balacaları və valideynləri 1 İyun bayramını birlikdə qeyd etməyə və “Sehrli yaylıq” tamaşasını izləməyə dəvət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının

Ən son

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.

İdman

"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin