Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/09/2025

Paylaşın

GÜNDƏM

Sumqayıt Dövlət Dram Teatrında “Jorj Danden, yaxud Aldanmış ər” nümayiş olunacaq

IMG-20250909-WA0057

Sumqayıt Dövlət Dram Teatrı yeni teatr mövsümündə dünya dramaturgiyasının incilərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” adlı məşhur komediyasını tamaşaçılara təqdim etməyə hazırlaşır.

Baki-baku.az xəbər verir ki, yeni məşqlərinə start verilmiş səhnə əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası və aktyor ifaları ilə daha da zənginləşdirilərək təqdim olunacaq.

Səhnə əsərində kəndli təbəqəsindən olan, lakin var-dövlət vasitəsilə zadəgan ailəsinə kürəkən olmuş şəxsin faciəvi-komik həyat hekayəsi təqdim olunur. Əsərdə sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu nəticələr, ailə və cəmiyyət münasibətləri incə satirik dillə tənqid olunur.

Dövlət sirafişi ilə hazırlanan tamaşanın bədii rəhbəri xalq artisti Firudin Məhərrəmov, qurluşçu rejissoru Ümid Abbaszadə, qurluşçu rəssamı Osman Salmanov, bəstəkarı Vüsal Namazlı, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayeva, Ləman Məmmədlidir. Əsəri Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərcümə edib.

Yeni tamaşada obrazları əməkdar artist Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil Xanlarov, İlahə Səfərova, Aynur Hümbətova, Məryəm Hüseynli, Mətləb Səfərli, Əjdər Zeynalov,Gülnarə Qədirova, Vəfa Qurbanova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Elay Xasiyev, Günəş Bağırsoy, Elmir Mehdiyev, Emil Həmidov və Şəhriyar Aşkari ifa edirlər.

Tamaşanın premyerası ilin sonuna qədər təqdim olunması planlaşdırılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В начале XVII века человечество сделало шаг, который навсегда изменил наше восприятие вселенной

Ən son

HƏR ŞEYDƏN

Bank kartlarından icazəsiz pul silinməsi hallarına tez-tez rast gəlinir. Bu vəziyyət hər bir istifadəçi üçün

HƏR ŞEYDƏN

Bank kartlarından icazəsiz pul silinməsi hallarına tez-tez rast gəlinir. Bu vəziyyət hər bir istifadəçi üçün
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin