Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/04/2026

Paylaşın

Mədəniyyət

“Sükut içində addımlar” filminin Krakovda dünya premyerası baş tutub

"Sükut içində addımlar"

Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” adlı tammetrajlı sənədli filminin Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində dünya premyerası baş tutub. İyunun 2-də keçirilən nümayiş festival iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.

Baki-baku.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, “Drygas Film Production” və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovskidir.

Rejissor Fariz Əhmədovun və Cəmilə Qəhrəmanovanın bu mötəbər festivalda iştirakı Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənib.

Filmin nümayişi ilə bağlı “Modern Times Review”da Berenika Balcerin resenziyası da yayımlanıb. Qeyd edək ki, “Modern Times Review” sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı platformasıdır.

Berenika Balcerin resenziyasında Fariz Əhmədovun “Steps in Silence” filmi Qarabağda minatəmizləmə işləri aparan qadınlardan ibarət qrupun gündəlik həyatını və fəaliyyətini müşahidəçi üslubda təqdim edən sənədli film kimi qiymətləndirilir. Müəllif filmin qəhrəmanlıq ritorikasından uzaq duraraq səbir, peşəkarlıq və müharibədən sonrakı bərpa prosesini sakit və təsirli şəkildə göstərdiyini vurğulayır. Resenziyaya görə, filmin ən güclü tərəfi səs tərtibatı və qadın minatəmizləyənlərin torpağı addım-addım həyata qaytarmaq missiyasını təbii və dramatizasiyasız təqdim etməsidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ən son

HƏR ŞEYDƏN

Məhz buna bədən dili deyilir. Psixoloqların fikrincə, insanlar haqqında ilk təəssüratın formalaşmasında bədən dilinin rolu

HƏR ŞEYDƏN

Məhz buna bədən dili deyilir. Psixoloqların fikrincə, insanlar haqqında ilk təəssüratın formalaşmasında bədən dilinin rolu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin