Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

İQTİSADİYYAT

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

WhatsApp Image 2026-05-17 at 20.00.14

Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələr daha da genişlənməlidir.
Baki-baku.az xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib.
“Ümid edirəm ki, Serbiya və Azərbaycan arasında əməkdaşlığımız üçün yeni sahələr tapacağıq. Çünki ölkələrimiz arasında dostluğun sərhədi olmadığı kimi, iqtisadi əməkdaşlığımızın da sərhədi olmamalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır və düşünürəm ki, biz buna nail ola bilərik”, – deyə Prezident qeyd edib.
O bildirib ki, Serbiyada, xüsusilə ölkənin şərq hissəsində yerləşən spa və dağ kurortları toxunulmamış təbiətə malikdir: “Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı əməkdaşlıq kimi qiymətləndirir”.
O əlavə edib ki, Serbiya investorları da Bakı və Azərbaycanın digər bölgələrinə investisiya yatırmaqda maraqlıdırlar.
Aleksandar Vuçiç iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla 26 faiz təşkil

Ən son

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin