Nəşr edilmişdir 10/21/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Sençixinin “Yalançı Bakı” layihəsi paytaxtımızı faşistlərdən necə qorudu?

Sençixin

Məlum olduğu kimi, II Dünya müharibəsi zamanı faşist Almaniyasının Bakını ələ keçirmək planları vardı. Bundan xəbər tutan SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahı mümkün bombardmanlardan qorunmaq üçün ayrı-ayrı obyektləri və şəhərin vacib ərazilərini gizləmək qərarına gəlir. Bu məqsədlə geniş təcrübəyə malik peşəkar memar Konstantin İvanoviç Sençixin (1905-1985) Bakı şəhərinin maskalanma xidmətinin rəhbəri təyin edilir. Ona həm gündüz, həm də gecə vaxtlarında havadan müşahidələr aparmaq üçün bir təyyarə verilir. O, şəhərin mərkəzini, neft mədənlərini, İçərişəhərin tarixi hissəsini zərbələrdən qorumaq üçün plan işləyib hazırlayır.

Müharibə zamanı “Yalançı Bakı” adlanan bu layihə yüksək strateji əhəmiyyətə malik şəhərin müdafiəsində mühüm rol oynadı. Həmin layihə şəhərin simasını ətraflı şəkildə yenidən yaratdı.

Konstantin Sençixin layihədə təkcə strateji obyektlərin təhlükəsizliyi üçün deyil, həm də şəhərin qədim memarlığının qorunub saxlanılması məsələsinə də diqqətlə və həssaslıqla yanaşdı.

K.Sençixin “Yalançı Bakı”nı indiki şəhərdən otuz kilometr aralıda layihələndirmişdi. Baş verə biləcək mümkün bombardmanlar zamanı şübhə yaratmamaq üçün saxta şəhərin miqyası real olanla uyğunluq təşkil edirdi. Məşhur memar şəhəri xilas etmək üçün bütün səy və bacarığını bu layihəyə qoydu və bu da lahiyənin yüksək səviyyədə yerinə yetirilməsinə imkan verdi.

Bütün layihə qısa müddətdə tamamlandı. Komissiyanın Moskvadan gəlməsindən iki gün əvvəl Sençixin hazırladığı yekun layihəni yerli hakimiyyət orqanlarına təqdim etdi. “Yalançı Bakı”nın kamuflyaj layihəsi və tikintisi üzrə işlərin keyfiyyəti respublika rəhbərliyinin taleyi üçün böyük əhəmiyyət kəsb edirdi, ona görə də onun hər detalı diqqətlə araşdırılırdı.

Moskvadan gələn komissiya ilə yerli hakimiyyət nümayəndələri gecə uçuşu yoxlamasından sonra aerodromda gördüklərini müzakirə etməyə başladılar. Komissiya sədri yerli hakimiyyət orqanlarının nümayəndəsinə müraciət edərək soruşdu:

– Bu layihəni kim yaradıb?

Konstantin İvanoviç qəfil sual qarşısında reaksiyanın mənfi olacağından ehtiyat edərək gərginləşdi. Lakin Moskvadan olan general ona yaxınlaşdı, əlini sıxdı və minnətdarlığını bildirdi:

– Ölkəmiz üçün etdiyiniz gözəl və bənzərsiz layihəyə görə təşəkkür edirəm. O qədər realdır ki, hətta həqiqi tankı yalançı olandan ayırd edə bilmədim. Yaxşı işdir, bir daha təşəkkür edirəm.

Həmin anda Konstantin İvanoviç son günlərdə yaşadığı bütün gərginliklərin onun bədənindən necə çıxdığını hiss etdi.

Dünyaşöhrətli memar Konstantin İvanoviç Sençixin 1905-ci ildə Bakıda anadan olub. 1925-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib. O, yaradıcılığında modernizmlə monumentalizmi uğurla birləşdirməyə müvəffəq olub. Bənzərsiz üslubuna görə gənc yaşlarında həmkarları ona “Bakının Le Korbüzyesi” ləqəbini veriblər. Tələbə yoldaşları arasında sonradan Azərbaycan memarlığında silinməz iz qoyacaq görkəmli sənətkarlar Sadıq Ələkbər oğlu Dadaşov və Mikayıl Ələsgər oğlu Hüseynov kimi istedadlı memarlar da var idi.

Konstantin Sençixin uzun müddət “Bakımetrolayihə”nin direktoru vəzifəsində çalışıb. Onun zəngin təcrübəsi və biliyi Bakı Metropoliteninin tikintisində həlledici rol oynayıb. Sençixin öz üslubu ilə doğma şəhərinin müasir görkəminə təsir edən bir çox ictimai binaların da müəllifidir.

İlk layihələrindən biri üslubu və gözəlliyi ilə şəhərin digər memarlıq abidələrindən fərqlənən Sabunçu mətbəx fabriki idi. Bu layihə onun yaradıcılığının tezisinə çevrildi və özünəməxsus dizaynı ilə ictimaiyyətin diqqətini çəkdi.

Sençixinin layihəsi ilə Suraxanıda daha bir fabrik-mətbəx də inşa edildi. Onun layihələndirdiyi ən məşhur və sevilən bina isə Bakı şəhərinin mərkəzində yerləşən “Monolit” binasıdır. Memarın digər əhəmiyyətli əsərləri arasında “Dinamo” İdman Sarayı, Rəssamlar Evi, Azərbaycan Tibb İnstitutunun binası, həmçinin Azərbaycan Müdafiə Nazirliyinin binası da var.

Bundan əlavə, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində yaşayış və inzibati binalar kompleksi və Lökbatan Mədəniyyət Sarayını da Konstantin Sençixin dizayn edib.

Azərbaycan SSR-in Əməkdar memarı fəxri adına layiq görülən K.Sençixinin əsərləri funksionallığın və estetikanın ahəngdarlığını özündə birləşdirməklə respublikamızda memarlıq irsinin vacib bir hissəsinə çevrilib.

Azərbaycan Memarlar İttifaqının sifarişi ilə 2017-ci ildə “Azərmarka” tərəfindən üzərində Sençixinin təsviri olan marka çap edilib.

Related Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

ƏSAS XƏBƏRLƏR

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı

GÜNDƏM

Çəki itkisini qorumaq çətindir; araşdırmalar göstərir ki, pəhriz edənlər iki il ərzində verdikləri çəkinin yarısını,

DİGƏR XƏBƏRLƏR

İspaniyanın Valensiya vilayətindəki dağıdıcı daşqınlardan sonra təbii fəlakət Barselonanı vurub.Baki-Baku.az bu barədə officelife.media-ya istinadən xəbər