Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/12/2026

Paylaşın

İdman

Sebastyan Qishamer doğum günündə “Sabah”ın oyununu idarə edəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək “Sabah” – “Slaviya” (Çexiya) matçını idarə edəcək avstriyalı baş hakim Sebastyan Qishamer həm də mülki mühəndis kimi fəaliyyət göstərir.
Baki-baku.az xəbər verir ki, əsas peşəsi mülki mühəndislik olan referi 38 yaşını məhz sabah, görüşün keçiriləcəyi gündə tamamlayacaq.
Peşəkar karyerasına 2017-ci il aprelin 15-də başlayan avstriyalı referi meydandakı sərt intizamı ilə tanınır. “Sabah” və Çexiyanın “Slaviya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqası matçı avstriyalı referi üçün 240-cı olacaq. 37 yaşlı referi indiyədək idarə etdiyi 239 qarşılaşmada 1070 sarı, 34 birbaşa qırmızı və 32 ikinci sarıdan qırmızı vərəqə göstərib.
Təcrübəli ədalət təmsilçisi həmçinin 78 dəfə penalti nöqtəsinə işarə edib. S.Qishamer idarə etdiyi oyunlarda orta hesabla 4,48 sarı və 0,14 qırmızı vərəqə ilə yadda qalıb.
37 yaşlı referi 2019-cu ildən FIFA, 2023/2024 mövsümündən isə UEFA-nın I kateqoriya hakimləri sırasındadır.
S.Qishamer karyerası ərzində Azərbaycan təmsilçilərinin də matçlarına təyint alıb. O, DÇ-2026-nın seçmə mərhələsində millinin Polşada Ukraynaya uduzduğu (1:2) görüşü idarə edib.
FIFA referisi 2023-cü ildə “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində səfərdə İsveç təmsilçisi “Hakken”i üstələdiyi (1:0) matçda və 2017-ci ildə Azərbaycanın U-21 yığmasının Çexiyaya uduzduğu (0:5) yoldaşlıq oyununda iş başında olub.
2004-cü ildən hakimlik edən S.Qishamer 2016/2017 mövsümündən Avstriya Bundesliqasında qarşılaşmaları idarə edir.
Qeyd edək ki, “Sabah” – “Slaviya” görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Uşaqlığı bir fotoşəkillə, bir mahnı ilə də xatırlamaq olur. Amma qoxu gələndə xatirə qayıtmır, birbaşa daxilindəki hissləri oyadır.

Ən son

İdman

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24,

İdman

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin