Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” kimi elan olunub. Bu addım Azərbaycanın dayanıqlı şəhər inkişafına yönəlmiş ardıcıl və prinsipial yanaşmasını bir daha təsdiqləyir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova World Urban Forum 13 çərçivəsində keçirilən “UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, hazırda regional inkişafın tarazlaşdırılması, dayanıqlı yaşayış məkanlarının formalaşdırılması və Birləşmiş Millətlər Təşkilatı-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşma Azərbaycanın əsas prioritet istiqamətləri sırasında yer alır.