Nəşr edilmişdir 10/27/2024

Paylaşın

GÜNDƏM

Saqqız dişlərə zərər verir? – Stomatoloq mifləri dağıtdı

Bu gün dünyada, demək olar ki, hamı mütəmadi və ya ara-sırs saqqız çeynəyir. Onun zərər və xeyrindən çox danışılır, həmçinin haqqında bir çox miflər və yanlış fikirlər mövcuddur. Bəzi insanlar əmindirlər ki, saqqız diş plombları üçün təhlükəlidir və heç bir faydası yoxdur. Bu, doğrudan da belədir?
Baki-baku.az bu barədə Lentə.ru-ya istinadən bildirir ki, rusiyalı tibb elmləri doktoru Oles Şevçenko bu məsələyə aydınlıq gətirib və saqqız haqqında üç əsas mifi təkzib edib.
Həkimin sözlərinə görə, ən populyar yanlış fikirlərdən biri saqqızın plombların düşməsinə səbəb olması ilə bağlıdır.
“Əgər plomb düzgün qoyulubsa, saqqız ona zərər verməyəcək. Əgər dişin bərpası keyfiyyətsiz aparılıbsa, plomb istənilən mexaniki təsirdən – saqqız və ya bərk qidadan zədələnə bilər. Saqqızın özü bu riski artırmır”, – deyə həkim qəleyd edib.
Stomatoloq, həmçinin saqqızın dişlərin və ağız boşluğunun sağlamlığına heç bir müsbət təsir göstərmədiyi iddiasının da həqiqətə uyğun olmadığını vurğulayıb.
“Saqqız tüpürcək ifrazı prosesini stimullaşdırır ki, bu da ağızı ərpdən və qida qalıqlarından təmizləməyə kömək edir, həmçinin diş daşının əmələ gəlməsinin qarşısını alır”, – həkim əlavə edib.
Mütəxəssis bundan başqa saqqızın koqnitiv qabiliyyətlərə müsbət təsir göstərdiyini, insanın stres və narahatlıq səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.
Beləliklə, Şevçenkonun fikrincə, saqqız nəinki zərərli deyil, həm dişlərin və mədənin sağlamlığı, həm də psixoloji tarazlıq üçün faydalıdır.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

DİGƏR XƏBƏRLƏR

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də gözlənilən küləkli hava şəraiti ilə

DİGƏR XƏBƏRLƏR

Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo

ƏSAS XƏBƏRLƏR

Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə