Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/08/2025

Paylaşın

HƏR ŞEYDƏN

Sakit okeanın dibində “sarı kərpicdən yol” aşkarlanıb

"sarı kərpicdən yol"

Sakit okeanın dərinliklərində aparılan elmi tədqiqat zamanı alimlər qeyri-adi təbii formasiya ilə qarşılaşıblar. Belə ki, Papahanaumokuakea dəniz qoruğu ərazisində, Nutka adlı sualtı dağın zirvəsində sarı kərpicli yol formasını xatırladan struktur aşkarlanıb.

Baki-baku.azIFL Science“yə istinadla verdiyi xəbərə görə, tədqiqatın müəllifləri ABŞ-yə məxsus “E/V Nautilus” tədqiqat gəmisinin heyətidir.

Alimlər sosial şəbəkələrdə geniş yayılan və əfsanələrə uyğun olaraq “Atlantidanın yolu” kimi təqdim edilən bu strukturun əslində tamamilə təbii mənşəli olduğunu bildiriblər.

Məlumata görə, sözügedən formasiya qədim vulkanik fəaliyyət nəticəsində yaranan gialoklast (vulkanik qırıntılı süxur) adlanan qaya növüdür. Vulkanın sürətlə soyuması və zamanla yaranan gərginliklər nəticəsində səthdə dərin çatlar əmələ gəlib və bu, səthi “kərpicli yol” formasında göstərib.

Alimlər qeyd ediblər ki, bu formasiya ilk baxışda göl yatağını xatırlatsa da, əslində sualtı vulkanik fəaliyyətin nəticəsidir.

Geoloqların fikrincə, bu cür formasiya Sakit okean dibində nadir hallarda müşahidə olunur və onun yaranma mexanizmini daha ətraflı araşdırmaq üçün tədqiqatlar davam etdirilir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yerin ən aşağı nöqtəsində yerləşən Ölü dəniz təkcə duzluluğuna və suyun içində həyatın demək olar ki, mümkün olmamasına

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,

HƏR ŞEYDƏN

Baki-baku.az yazır ki, məşhur “Bicycle” şirkəti ABŞ hökumətinin sifarişi ilə xüsusi oyun kartları hazırlayırdı ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin