Nəşr edilmişdir 12/07/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Sakinlər nəbatat bağından razıdırmı?

Bakının Mərkəzi Nəbatat bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.
Bu gün Nəbatat Bağında Bakı sakinləri çox gözəl asudə vaxtlarını keçirir və bağda reallaşdırılan işlərdən məmnun aldıqılarını bildirirlər. Bağı ziyarət etmək üçün kassalar önündə böyük bir növbənin yaranması da sevindirici haldır.
Bakı sakini Fidan Hüseynova Nəbatat bağında həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonra yaradılan gözəl şəraitdən danışdı: “Mənim uşaqlığım bu bağda keçib. Biz bura tez-tez gəlirdik. Anam deyirdi ki, burda olan oksigen heç yerdə yoxdur. Zaman keçib, amma bizim bura gəlişlərimiz azalmayıb. Təmir dövründə səbrsizliklə uşaqlıq xatirələrimizlə dolu olan bağın açılışını gözləyirdik ki, yenidən gələk. Nə demək olar? Bağ doğrudan da, çox gözəlləşib. Gəzdikcə heyrətlənirəm. Hər yer tərtəmiz, səliqəlidir. Gözəl ağaclar, kollar, çiçəklər insanın ruhunu təzələyir. Hələ quşların səsi də bir tərəfdən gərgin keçən günümüzü sakitləşdirir, ruhumuzu dincəldir”.
Əlizadə Bəxtiyar deyir ki, görülən işlər çox ürəkaçandır: “Səliqə-sahman, gözəl ağaclar, güllər insanın gözlərini oxşayır. Həyat yoldaşımla hər axşam burda gəzişməyi planlaşdırırıq. Doğrudan da, oksigen bolluğu, təmiz hava, sakit və mədəni mühit insana xoş əhval və rahatlıq gətirir. Bura hətta mütaliə üçün də əla yerdir”.
“Təmirdən sonra bağı çox bəyəndim. Oğlumun da burda gəzməkdən, yelləncəklərdə vaxt keçirməkdən zövq aldı”, – deyə oğlu İskəndərlə təmir işlərindən sonra ilk dəfə bağa gəzməyə gələn İsmayılova Aysel təəssüratlarını bölüşdü: “Biz əvvəllər də tez-tez gəlirdik. Mənim uşaqlığım da burda keçib. Amma indi çox qəşəng olub. Aralardakı cığırlar da yenilənib. Əvvəlki artıq dağılmışdı. Artan və daha da müxtəlif olan bitki örtüyü ilə yanaşı, mən hazırda skamyaların, işıqların və zibil qabılarının da sayının artmasına sevinirəm. Hər yerdə rahat əyləşib dincəlmək, hava almaq olar. Həmçinin skamyaların bəzi başqa parklardan fərqli olaraq taxtadan olması da sevindirir. Çünki dəmir yayda isinir, qışda isə soyuq olur. Bu baxımdan skamyalar da çox rahatdır”.
“Əvvəllər uşaqlar üçün əyləncə meydançası yox idi. İndi amma var. Qızımı gətirmişəm, heç evə getmək istəmir. O qədər xoşbəxtdir. Ona baxıb, əlbəttə ki, mən də xoşbəxt oluram. Biz buna qədər qapalı məkanlarda da bu cür attraksion olan yerlərə gedirdik. Amma bu cür təmiz havada uşaqlar üçün bu genişlikdə, bu gözəllikdə olması çox yaxşıdır. Yəni, uşaqlar həm təmiz hava alır, həm də əylənir. Bundan başqa, bağ əvvəlkindən çox fərqli olub. Çox təmiz və səliqəlidir”, – deyə Lyudmila Vengereva fikirlərini bildirdi.
Qeyd etmək lazımdır ki, Mərkəzi Nəbatat Bağında görülən bir sıra quruculuq işlərindən sonra da giriş qiymətləri əvvəlki kimi – 6 yaşa qədər olan uşaqlara pulsuz, altı yaşdan böyüklər üçün isə 2 manat təşkil edir. Bundan başqa, məktəblilər üçün giriş pulsuzdur. Məlumat üçün qeyd edək ki, Gürcüstanın Batumi şəhərində yerləşən Nəbatat Bağının giriş qiyməti 12 manat , Berlinda 11 manat, bəzi digər avropa ölkələrinin eyni məkanlarında isə qiymətlər 20 manata gədər çatmaqdadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay

Ən son

GÜNDƏM

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib.Bu barədə AZAL məlumat yayıb.Məlumata görə, Azərbaycan Hava Yolları (AZAL)

GÜNDƏM

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.Bu barədə Baki-baku.az-a Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Baki-baku.az müsahibəni təqdim