Nəşr edilmişdir 01/13/2025

Paylaşın

GÜNDƏM

Sabahın hava proqnozu açıqlanıb

21a59f3b-dc3d-49b3-aef5-77a2ae205627

Azərbaycan ərazisində yanvarın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Baki-Baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bildirilib ki, gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin axşama doğru bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının ən məşhur, adı çox çəkilən küçələrindən biri də Bəkir Çobanzadə küçəsidir.

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması