Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

İdman

“Sabah” basketbol klubu Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb

"Sabah"

“Sabah” basketbol klubu serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb.

Bu barədə Baki-baku.az-a Bakı təmsilçisinin mətbuat xidmətindən bildirilib.

1992-ci il təvəllüdlü məşqçi karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına rəhbərlik edib.

Mütəxəssis 2024/2025 mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.

L.Spasiç son olaraq Almaniya Bundesliqası təmsilçisi “EWE Baskets Oldenburg”u çalışdırıb.

Spasiçin məşqçilər korpusuna Anatoli Boysa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draşkoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Neftçi" və "Qarabağ" futbol klublarının beynəlxalq oyunları ilə əlaqədar "Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.

Ən son

GÜNDƏM

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir.

GÜNDƏM

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin