Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2025

Paylaşın

GÜNDƏM

Sabah Bakıda hava yağmursuz olacaq

IMG-20250520-WA0118(1)_converted

Azərbaycan ərazisində mayın 21-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu münasibətlə avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.