Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Sabah Bakıda fasilələrlə yağış yağacaq

Yağış, Hava, Hava proqnozu

Azərbaycanda mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 14-16, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 11-16, bəzi yerlərdə 19-23 dərəcə isti olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri Polşanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Krysztof Szezerski BMT-nin Ümumdünya Şəhərsalma Forumunun

Ən son

GÜNDƏM

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla

GÜNDƏM

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin