Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/26/2025

Paylaşın

GÜNDƏM

Sabah Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Bakı metrosunda gücləndirilmiş iş rejimi, Bakı Metropoliteni, Qarabağ-Ferentsvaroş

Bakı metropoliteni avqustun 27-də “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək.

Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Человечество веками грезило о бессмертии, но последние научные открытия указывают на существование четких биологических границ жизни.

Ən son

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin