Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/03/2026

Paylaşın

TARİX

Səbrdən gözəl nemət, cəsarətdən böyük sərvət yoxdu

WhatsApp Image 2026-04-03 at 09.22.13

İstedad, zəhmət və səbr insan həyatını zinətləndirən ən müqəddəs məqamlardır. Onlara həm də Tanrının lütfü deyilir. Çox zaman bir iş alınmadıqda, istək hasil olunmadıqda insan darıxır, sıxılır. Səbrin Tanrının adlarından biri olduğunu unudur. Tarixi mənbələr isə sübut edir ki, Tanrıya ən yaxın olan Elçilər – peyğəmbərlər belə Səbr adlı imtahandan keçərək istəklərinə nail olublar. Yusif peyğəmbərin səbrini quyuda imtahan edən Tanrı onu sonra təkcə peyğəmbər mərtəbəsinə, məqamına ucaltmadı, həm də Misirin Əzizi rütbəsi ilə müjdələdi.

İbrahim peyğəmbər odun atəşin imtahanından səbri ilə keçdi. Kəbənin inşasında məqam sahibi oldu. İbrahim peyğəmbər məqamının təməlini qoydu. Oğlu İsmayılı qurban kəsməyə götürərkən söykəndiyi səbr onu peyğəmbər atası olaraq izzəti-cəlala çatdırdı. Qurbanı qəbul olan, peyğəmbər  İsmayıl qurbanı adında bayramla müjdələndi. 

Məscidi-Aksadan Kəbəyə 

Sevr dağında hörümçəyin toru, qumru quşunun yuvası, həsrəti Əbu Bəkirin peyğəmbər sevgisi ilə müşriklərin bəlasından xilas olan Məhəmməd peyğəmbər əleyhissalam Hira və Sina dağları arasında hüzur buldu.  Hirai-nur mağarasında Cəbrail əleyhissalamın müjdəsini aldı. Tanrının peyğəmbər mükafatına layiq görüldü. Bədr döyüşündə, Uhud savaşında imtahan edilən Peyğəmbər əleyhissalam Ərəfat dağında yarasını sarıdı. Qibləteyin məscidinin təməlini qoymaqla Məscidi-Aksardan sonra qiblənin üzünü Kəbəyə çevirdi.  Övlad nisgili ilə imtahan edilən  Peyğəmbər əleyhissalam Məscidi-Nəbəvidəki müqəddəs məkanına, məqamına da səbr ilə gəldi. 

Səbrin Nuh, Musa, İsa üzü

Yüz iyirmi dörd min elçisi ilə hər qövmünün dilində danışan Tanrı Nuh peyğəmbərin, Musa peyğəmbərin, İsa peyğəmbərin əyninə səbrdən don biçdi. Onları imtahanlardan keçirdi. Dərdin dərmanını, övlad acısını belə Tanrının tale payı bilən Əyyub peyğəmbər də əbədi hüzuruna sonsuz, hüdudları məlum olmayan səbri ilə nail oldu. Yunus peyğəmbərin balığın qarnında keçən əsrə bərabər günlərin imtahanı da səbrə bağlı idi. 

Nuh peyğəmbərin qövmünün imtahanı olan Nuh tufanı da peyğəmbərin səbrinin aynası idi.  Nuh peyğəmbərin tufandan çıxaran onu Ağrı dağının Nuh çıxanın – Naxçıvanın müqəddəsliyi ilə müjdələyən Tanrı peyğəmbərin səbrinə dəyər verdi. 

Musa peyğəmbəri imtahana çəkən qövm Tur dağının titrəməsi ilə təkcə Tanrının qüdrətini dərk etmədi, həm də səbrinin əzəmətini anladı.

Əshabi-kəhf – Mağara adamlarının nağılı 

Nuhun çıxdığı torpağın – Naxçıvanın incisinə dönən Əshabi-kəhf müqəddəsliyinə tapınan illərini yuxudan keçirən, Daqyanusdan xilas üçün dünyanın o başından  bu başına – Odlar Yurdu Azərbaycana pənah gətirən Mağara Adamları da səbrinə söykənib, ziyarətə çevrildi. 

30 illik işğaldan, intizardan sonra erməni daşnaqlarına dağ çəkən, Xocalının qisasını qiyamətə qoymayan, Şuşa qalasında Xudafərin körpüsündə bayrağa dönən Azərbaycan xalqı da səbrinə söykənib Ali Baş Komandan iradəsiylə tarixi zəfərə imza atdı. Nadir şah Əfşardan 300 il sonra fətih dastanını yazdı.  Sinəmizə “Gülüstan”, “Türkmənçay” dağlarını çəkən imperiyalara dərs verdi. Səbrdən gözəl nemətin, Cəsarətdən böyük sərvətin olmadığını dünyaya sübut etdi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin