Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/02/2026

Paylaşın

GÜNDƏM

Azərbaycan Astanada tibb sahəsinə dair keçirilən beynəlxalq konfransda təmsil olunub

IMG-20260402-WA0058

Qazaxıstanın paytaxtı Astana şəhərində “Xəstəxanayaqədərki və hospital mərhələlərində ürək-ağciyər reanimasiyasına müasir yanaşmalar” adlı beynəlxalq konfrans baş tutub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən Baki-baku.az-a bildirilib ki, tədbirdə Azərbaycanı Mərkəzin direktoru Mirələm Calalov təmsil edib.

O, konfrans çərçivəsində “Kardiogen şoklu pasiyentlərin xəstəxanayaqədər mərhələdə erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda çıxış edib və təcili tibbi yardım sahəsində innovativ yanaşmalar barədə təcrübəsini bölüşüb.

Konfrans zamanı ağır və kritik vəziyyətdə olan pasiyentlərin erkən diaqnostikası və idarə olunmasında innovativ yanaşmaların inkişafına verdiyi töhfələrə görə Mirələm Calalov Qazaxıstan Respublikası Təcili Tibbi Yardım Assosiasiyası tərəfindən “Üzdik qızmetker” (əlaçı işçi / üstün xidmət) nişanı ilə (vəsiqə № 608) təltif olunub.

Qeyd edək ki, tədbir müxtəlif ölkələrdən aparıcı mütəxəssisləri bir araya gətirərək ürək-ağciyər reanimasiyası sahəsində ən son yeniliklərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

Mirələm Calalov tərəfindən “Xəstəxanayaqədərki mərhələdə kardiogen şoklu xəstələrin erkən stabilləşdirilməsində tele-tibbi dəstəyin rolu” mövzusunda elmi məqalə beynəlxalq nəşrdə dərc olunub.

Tədqiqatda kardiogen şok kimi həyati təhlükəli vəziyyətlərdə xəstəxanayaqədərki mərhələdə tele-tibbi dəstəyin rolu, erkən müdaxilənin effektivliyi geniş şəkildə təhlil edilib. Məqalə təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılması və innovativ texnologiyaların tətbiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Məqalə ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

https://disk.yandex.kz/d/PIQ5VpID-Ga5hQ

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

Ən son

HƏR ŞEYDƏN

Hər il aprelin 23-də dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur. Bu əlamətdar

HƏR ŞEYDƏN

Hər il aprelin 23-də dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur. Bu əlamətdar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin