Nəşr edilmişdir 10/07/2024

Paylaşın

XƏBƏRLƏR

Rus Dram Teatrı Həştərxanda “Kapitan qızı” tamaşasını təqdim edib

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Həştərxanda keçirilən “Teatralnaya delta” III Beynəlxalq Festival-Forumunda iştirak edib və mədəniyyətlərarası dialoqun, millətlərarası münasibətlərin inkişafı xəttinin formalaşmasına güclü təkan verən tədbirin iştirakçısı kimi diploma layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan incəsənət ustaları Həştərxan Dram Teatrının səhnəsində Sankt-Peterburq rejissoru İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşasını təqdim ediblər. Tamaşa “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi, Xaricdəki Rusiya Teatr Xadimləri Assosiasiyası və “Baltik Evi” Teatr-Festivalının birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində təqdim olunub. Onun Bakıda premyerası 2023-cü ilin iyununda olub. 2024-cü ilin aprelində “Kapitan qızı” Sankt-Peterburqda keçirilən “Rusiyada görüşlər” XXVI Beynəlxalq Rus Teatrları Festivalında, 2024-cü ilin mayında isə Çexov Malikanə-Muzeyində ən qədim “Melixovskaya vesna” teatr festivalı çərçivəsində təqdim olunub.

Azərbaycan aktyorlarının təqdimatında Puşkinin yaradıcılığına olan böyük marağı Həştərxan Dram Teatrının tamaşa zalında boş oturacaqların olmaması və tamaşanın sonunda tamaşaçıların Azərbaycandan olan sənətçilərə ünvanlanmış sürəkli alqışları təsdiq edirdi.

“Teatralnaya delta” III Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Həştərxana gələn Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı kollektivinin üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Təqdimat mərasimində “Kapitan qızı” tamaşasının iştirakçıları, o cümlədən teatrın rejissoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Rusiya hökumətinin “Puşkin medalı”nın laureatı Ədalət Hacıyev və Azərbaycan diasporunun sədri Vahid Rəhimov iştirak ediblər.

“Teatralnaya delta” festivalının adı deltada böyük bir çayın yataqlarından onun qollarına və ayrı-ayrı axarlara ayrılan, nəticədə onların hamısının dənizə töküldüyü müxtəlif teatr formaları və janrlarını əks etdirir. Teatr bir sənət növü kimi dəniz mənasında göstərilir. Festivalın ümumi konsepsiyası rus dramaturgiyasının unikal dünyasına səyahətdir. Festival Həştərxan vilayəti Hökumətinin və regional Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” milli layihəsi çərçivəsində təşkil olunur.

FOTO

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi və Danimarka Texniki Universitetinin alimləri planetimizdə 41 min il əvvəl

XƏBƏRLƏR

Tərcümeyi-halı ilə tarix yaratmaq, Qılıncla Qələmin vəhdətində dövlət qurmaq hər bir qüdrətli şəxsiyyətə nəsib olmur.

MEMARLIQ

Bakımızın rəmzi sayılan Qız Qalası haqqında çoxsaylı əfsanələr və rəvayətlər var. Zaman-zaman onları toplayıb ayrıca