Nəşr edilmişdir 04/23/2025

Paylaşın

GÜNDƏM

“Red Wings” iyun ayından Yekaterinburqdan Bakıya uçuşlara başlayacaq

“Red Wings”

Rusiyanın “Red Wings” aviaşirkəti iyunun 4-dən Yekaterinburq və Bakı arasında reys açır.
Baki-baku.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftədə iki dəfə, çərşənbə və cümə günləri həyata keçiriləcək. Uçuş müddəti üç saat təşkil edəcək.
“Koltsovo” (Yekaterinburq) beynəlxalq hava limanının cədvəlinə görə, hazırda Yekaterinburqdan Bakıya uçuşları “Ural Hava Yolları” və “Azərbaycan Hava Yolları” həyata keçirir.
Məlumata görə, “Ural Hava Yolları” uçuşları çərşənbə axşamı və cümə günləri yerinə yetirir, aprelin 28-dən isə bazar ertəsi, cümə axşamı və şənbə günləri əlavə reyslərlə həyata keçirəcək.
“Azərbaycan Hava Yolları” isə uçuşları bazar ertəsi və çərşənbə günləri yerinə yetirir, iyunun 6-dan etibarən isə cümə günləri də həyata keçiriləcək.
Qeyd edək ki, “Red Wings” Rusiyanın ən böyük aviaşirkətlərinin onluğuna daxildir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2025-ci ilin yanvar-aprel aylarında “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 91 min 474 əcnəbi ziyarət edib.

Ən son

GÜNDƏM

Azərbaycanda lap qədim zamanlardan qadınlara xüsusi hörmət olub.

GÜNDƏM

Azərbaycanda lap qədim zamanlardan qadınlara xüsusi hörmət olub.