Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/16/2026

Paylaşın

İQTİSADİYYAT

“Rabitəbank”ın xalis mənfəəti 24 %-ə yaxın azalıb

"Rabitəbank"

“Rabitəbank” ASC 2025-ci ili 11,331 milyon manat xalis mənfəətlə başa vurub.

Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 23,7 % azdır.

Ötən il “Rabitəbank”ın gəlirləri 186,147 milyon manat (əvvəlki ilə nisbətən 11,3 % çox), xərcləri 158,463 milyon manat (11,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 11,797 milyon manat (2,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4,555 milyon manat (20,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Rabitəbank”ın aktivləri 1 milyard 402,3 milyon manat olub ki, bu da illik müqayisədə 21,5 % çoxdur. Bunun 920,819 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,7 % böyüyüb.

Hesabat dövründə “Rabitəbank”ın öhdəlikləri 23,2 % artaraq 1 milyard 270,771 milyon manat, o cümlədən depozit portfeli 29,7 % artaraq 878,3 milyon manat, balans kapitalı isə 7 % artaraq 131,529 milyon manat olub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavabı oyunu azarkeş sayına görə dördüncü

Ən son

GÜNDƏM

Şamaxı rayonunda iki dəfə zəlzələ qeydə alınıb.

GÜNDƏM

Şamaxı rayonunda iki dəfə zəlzələ qeydə alınıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin