Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/19/2026

Paylaşın

İdman

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi kursları başlayıb

AFFA və Bakı Futbol Federasiyası

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.

Baki-baku.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq Bayıl stadionunda təşkil olunan kursa ümumilikdə 25 iştirakçı cəlb edilib.

Açılış mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, BFF-nin prezidenti Tahir Süleymanov və məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Daha sonra Kütləvi Futbol Departamentinin aparıcı mütəxəssisi Orxan Mikayıllı tərəfindən iştirakçılara kursun məqsədi və proqramı barədə ətraflı məlumat təqdim olunub.

İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar əsasında mövzular müxtəlif aspektlərdən geniş müzakirə olunub.

Qeyd edək ki, kursun ilk günü nəzəri hissədən ibarət olub və təlim proqramı ümumilikdə 3 gün davam edəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

25 aprel, saat 12:00-da gənc rejissor Ayla Osmanovanın quruluşunda hazırlanan Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı

Ən son

GÜNDƏM

Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları,

GÜNDƏM

Bu gün qadınların fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onlar uğurlu sahibkarlar, elm adamları,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin