Nəşr edilmişdir 05/17/2025

Paylaşın

GÜNDƏM, SİYASƏT

Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç sazişi təsdiqlədi

Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç sazişi təsdiqlədi, Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç ikitərəfli sazişi təsdiqləyib.

Baki-baku.az-ın verdiyi məlumata görə, sənədlər “Resmi Gazete“də dərc olunub.

Təsdiqlənən sazişlər sırasında turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığı əhatə edən müqavilələr yer alıb.

“15 noyabr 2024-cü il tarixində Bakı şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq olunmasına, 244 saylı Qanunun 5-ci maddəsi və 9 saylı Prezident Fərmanının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilib”, – deyə birinci sənəddə qeyd edilib.

9822 saylı qərarla isə 8 may 2024-cü il tarixində Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi” təsdiq olunub.

Həmçinin, 19 fevral 2024-cü il tarixində Ankara şəhərində imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” də təsdiq edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.