Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

Qurban bayramı ilə əlaqədar Nərimanov rayonunda 3 ünvanda satış və kəsim xidmətləri göstəriləcək

IMG-20260522-WA0118

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakının Nərimanov rayonunda 3 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək.

Baki-baku.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, vətəndaşlar rayonun Ə.Əliyev küçəsi 26, Əsgər Qayıbov küçəsi 14, Ə. Əliyev küçəsi, 1993-cü məhəllə ünvanında bu xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq.
Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.

Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün bağlandığını elan edib.

Ən son

GÜNDƏM

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakının Nərimanov rayonunda 3 ünvanda qurbanlıq heyvanların satışı və

GÜNDƏM

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakının Nərimanov rayonunda 3 ünvanda qurbanlıq heyvanların satışı və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin