Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/07/2025

Paylaşın

GÜNDƏM

Qurban bayramı ilə əlaqədar Bakıdan Naxçıvana aviareyslərin sayı artırılıb

IMG-20250607-WA0040

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.
Baki-baku.az bu barədə AZAL-a istinadən xəbər verir.
7–15 iyun tarixləri arasında bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək. Reyslərin ən çox həyata keçiriləcəyi gün 9 iyun tarixidir — həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir.
Digər tarixlər üzrə reyslərin sayı belədir: 7 iyun tarixində 15 reys, 8 iyunda 14 reys, 10 iyunda 13 reys, 11 iyunda 14 reys, 12 və 13 iyun tarixlərində hər birində 12 reys, 14 iyunda 10 reys və 15 iyun tarixində 11 reys yerinə yetiriləcək.
Bu göstərici adi günlərdə Naxçıvan istiqamətdə orta hesabla yerinə yetirilən 8–9 reyslə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.
Əlavə reyslər Qurban bayramı günlərində sərnişinlərin yaxınlarını ziyarət edə bilmələri üçün təşkil olunub. AZAL bu məqsədlə bütün zəruri tədbirləri həyata keçirir.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə müstəqil ekspert Moussa Abderahman “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu”

Ən son

GÜNDƏM

İctimai şəhər məkanlarının planlı şəkildə qurulması və urbanizasiya prosesinin düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır.

GÜNDƏM

İctimai şəhər məkanlarının planlı şəkildə qurulması və urbanizasiya prosesinin düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin