Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2025

Paylaşın

HƏR ŞEYDƏN

Qurani-Kərimi oxuyarkən qətl edilən Xəlifə

IMG-20251014-WA0152

Məhəmməd peyğəmbər əleyhissəlam dünyasını dəyişdikdən sonra dörd xəlifədən üçü sui-qəsd nəticəsində şəhid edildi.

Baki-baku.az xəbər verir ki, adı İslam tarixinə İslahatçı, Qurani-Kərimi yazıya aldıran ilk xəlifə kimi keçən Həzrəti Osmanın evində Qurani-Kərimi oxuyarkən şəhid edilməsi İslam ümmətinin ruhunu tarıma çəkmişdi. Həzrət Osmandan sonra taxta oturan Əli əleyhissəlamdan bir tələb irəli sürüldü: Xəlifənin qatilinin tapılıb cəzalandırılması.
Həzrət Osmanın tərəfdarları daha çox cinayətin izini Peyğəmbər əleyhissəlamın xatunu, düşüncəsi ilə Xəlifəyə müxalif olan Aişənin tərəfdarlarında görürdülər. Xəlifəni şəhid edənlərin sırasında Aişənin qardaşı Məhəmmədin də olması Həzrət Əlinin durumunu ağırlaşdırmışdı. Şəriət qanunlarının yarımişlək vəziyyətdə olmasından istifadə edən Aişə, iki yaxın silahdaşının — Talha və Zibeydin köməyinə arxalanıb hökm etməkdən belə çəkinmir.

Həzrət Əlinin nüfuzu sayəsində sirrin üstünü örtmək istəsə də, Xəlifənin vicdanı buna yol verməmişdi. Peyğəmbər əleyhissəlama xatir Aişəni və tərəfdarlarını düz yola çağırsa da, onların haqqa dönük olduğunu qəbul etdiyindən 656-cı ildə Bəsrə yaxınlığında, “qatil ovuna” çıxan cinayətkarları – Talha və Zübeyri yaxalayaraq cəzalandırmışdır. Xəlifə Osmanın qisasını qiyamətə qoymayan Həzrət Əli əleyhissalam, Xəlifə Osmanın qatillərinin ideya müəllifi və şəriki olmasına baxmayaraq, Məhəmməd peyğəmbərin zövcələrindən biri kimi Aişəni öldürmür, onu Mədinəyə göndərməklə kifayətlənir.

Aişə üçün nəzərdə tutulan, sürgünün bir növü olan bu gediş cəza tədbiri olsa da, olan olmuşdu. Peyğəmbər əleyhissəlamdan sonra ilk Xəlifəyə, Qurani-Kərimi yazıya aldıran Həzrət Osmana qıyılmış, Müqəddəs Tanrı kitabını oxuyan zaman haqq yolunda Şəhid edilmişdir.

Qarşıda Əli əleyhissalamı da şəhadət gözləyirdi. Həzrəti Osmanı Qurani-Kərim oxuyarkən qətlə yetirən namərdlər Əli əleyhissalamı namaz üstündə kürəyindən xəncərlə vurub İslam tarixində növbəti bir günaha qol qoymuşdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

O, sakitcə yaxınlaşır – səhər qəhvəsi içərkən, işdə gələn saysız-hesabsız e-poçtlar arasında, yaxud bitib-tükənməyən “deadline” yarışında.

Ən son

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin