Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/22/2025

Paylaşın

HƏR ŞEYDƏN

“Qurani Kərim”də adı keçən müqəddəs quşlar

“Qurani Kərim”də adı keçən müqəddəs quşlar, Qurani Kərim, Quş

Süleyman peyğəmbərə Səba mələyindən xəbər gətirən Şanapipik

Müqəddəs kitablarda xatırlanan quşların bol yeri olan Odlar Yurdu Azərbaycanda onların ov edilməsi yasaq olduğu kimi, ətləri yeyilməz, yuvaları dağıdılmaz. Təbiətin bu zərif incilərinin sırasında Qurani Kərimdə adı keçən, peyğəmbərlərin üzünü görən şanapipik, qaranquş, göyərçin toxunulmazlıq haqqını Ulu Tanrıdan aldığındandır ki, köçəri quşlara qoşulub payızda isti ölkələrə getsələr də, yazda, təbiət oyananda, dönüb öz yuvalarına gələr, gəlib yumurta qoyar, payızda köç edəndə köçünə yeni qanadlanan balalarını qoşar.

Müqəddəsliyin Süleyman peyğəmbər əleyhissəlama, daha doğrusu quş dili bilən Süleymana bağlı olan Şanapipik (bəzi yörələrimizdə ona  “hüthüt” də deyirlər.) Səba – Yel mələyindən xəbər gətirdiyindən, peyğəmbəri sıxıntından, cavabsız sualların imtahanından qurtardığındandır ki, adı müqəddəs quşların sırasında öndə gedir. Onu da qeyd edək ki, yazın gəlişini özünəməxsus səsi, nəğməsi ilə insanlara çatdıran, “Daraqlı gəlin” kimi baharın müjdəçisinə çevrilən, gözəlliyi bənövşə və nərgizlə müqayisə olunan Şanapipik- “Təbiətin nəğməkar qızı”  haqqında ən çox əfsanələr, rəvayətlər yaranan müqəddəsliklərdəndir.

Qurani Kərim, Quş, Şanapipik

Fil ordusunu daş-qalaq edən Quş

Yuvasını qurduğu yer müqəddəs bilinən, cənnətin köşəsi sayılan, yuvası toxunulub əti yeyilməyən, qonduğu budağı bara-bərəkətə, gülə-ləçəyə qərq edən Qaranquşun da adı Qurani Kərimdə keçir. Peyğəmbər əleyhissəlamın ordusunu bütpərəstlərin “Fil ordusu”ndan qoruyan, düşməninin üstünə göydən daş tökərək İslamın Bayraqdarını və əsgərlərini xilas edən qaranquşlar payızda isti ölkələrə köç edib, yazda dönsələr də, onların yuvası tutiya kimi qorunur. Yuvasını evlərin küncündə, damın ətəyində quran qaranquşların yuvasını göz bəbəyi kimi qoruyan Azərbaycan insanı övladlarına, nəvələrinə bir tövsiyə edər: “Qaranquşun yuvasını dağıdanın yuvası dağılar. Evi xaraba qalar. Çırağı sönər”.

Qurani Kərim, Quş, Qaranquş

Habilin qəbrini soraq verən, Qabili dirigözlü öldürən varlıq

Ulu Tanrı yer üzünü bircə “OL!” kəlamından xəlq etdi. Əşrəfi dediyi ilk insanı-Adəm peyğəmbəri gildən, onu tənhalığın girdabından xilas etmək üçün isə qabırğasında Həvvanı yaratdı. Onları cənnətin nemətləri ilə müjdələdi. Yaratdığı tək bir nemətə-Buğdaya toxunmamağı onlara əmanət etdi. Nəfəs vediyi Həvva nəfsinə sahib çıxmayanda qadın felinə, qadın fitnəsinə düşən Adəm peyğəmbər buğdanı yedi. Onun cənnətdən xaric edilməsi, bir az da ağır səslənsə də “Qovulması”, bir bədəndə iki canı – ilk yaradılış olan Adəmlə Həvvanın simasında bölünən dünya, düşüncə, duyğu deməkdi. Adəm oğlu   cənnətlə cəhənnəmin, nəfəslə nəfsin, məhəbbətlə nifrətin, xeyirlə şərin, pislə yaxşının, doğru ilə yalanın, naxışla yanlışın, alqışla qarğışın, inamla aldanışın bir sözlə ikiyə bölünən dünyanın ağrısını həmin anda yaşadı. Adəm peyğəmbərin cənnət meyvələri sırasında əbədi həyatı, bütöv dünyanı simvolizə edən Almanı deyil, buğdanı yeməsi, nəfsinə qail ola bilməməsi də rəmzi xarakter daşıyır: Buğdanın bütöv halını ikiyə bölən, onu bir bədəndə iki cana çevirən həmin xəttin özünün mahiyyəti də maraqlı, eyni zamanda düşündürücüdür. Sadaladığımız keyfiyyətlərlə yanaşı özündə həm də, cismi və ruhu, kişi və qadın başlanğıcını ehtiva etdiyindən idi ki, “Cənnətdən qovulmuşlar” cəhənnəm əzabını yaşadılar. Artıq cənnətdən qovulan Adəmlə Həvvanın ilahi eşqi cismani sevgiyə, insani hisslərə dəyişildiyindən yer üzünün, daha doğrusu bu dünyanın ilk sakinləri doğuldu. Üçəm doğulan Qabillə Habil zamanı çatanda bacılarının, bir azda məsələyə diqqətlə yanaşsaq analarından sonra ilk əks cins nümayəndəsinin üstündə qan saldılar. Dünyanın ilk qanı, Tanrının nəfsini boğa bilməyən ilk peyğəmbərinin, onu felə salan ilk qadının-Həvvanın qanından cücərdi. İllər, əsrlər ötdükcə qadına sevdalanın Adəm oğlunun səltənət davaları başladı. Qardaş qardaşı öz qılıncına doğradı!

Qabil Habili daşqalaq edib öldürdü, qanına qəltan etdi. Onu qumsal çöldə basdırıb qardaş qanının üstünü örtdüyünü zənn etsə də, üstündən günlər, daha doğrusu hədisi-şəriflərdə buyrulur ki, 40 gün sonra sirrin üstü açıldı. “Cidanı çuvalda gizlətməyən Tanrı” adı “Qurani Kərim”də keçən Qarğanın “əli ilə” düyünləri çözdü. Habilin gömüldüyü yeri didikləyən, onun nəşinin iyini tutub Adəm peyğəmbəri ayıq salan Qarğanın “eşdiyi gor” qardaş qatili Qabili cəhənnəmin əbədi sakininə çevirdi. O gündən “Heç kəs əkdiyini biçməmiş getməz.” “Kimsə əməlinin bədəlini ödəmədən ölməz.” “Əyriliyin, oğruluğun, yalanın 40 gün artıq zamanı yoxdur.”- kəlamları yaddaşdan yaddaşa ötürüldü.

Adı dörd səma kitabının sonuncusunda çəkilən Qarğanın toxunulmazlıq haqqı da, şübhəsiz ki, “qisası qiyamətə qoymamaq”, “zülməti nura çevirmək” kimi müqəddəs əməli ilə bağlıdır.

Min illərdir onun da ovlanması, ətinin yeyilməsi günah sayılır. Təbiətin ayrılmaz tərkib hissəsi sayılan bu qara donlu Quş köçəri quşlara qoşulub getməz, yazı, payızı, qışı eyni məkanda qarşılayar. Digər quşlardan fərqli olaraq Qarğa qışda qarı, yayda qumu, payızda palçığı, yazda isə ağacların koğuşunu didikləyir, eşir-eşir özünə qida tapır, şübhəsiz ki, həm də, “yağış yuyub gün qurudan” mübhəm sirləri üzə çıxarır.

Qurani Kərim, Quş, Qarğa

Peyğəmbər yolunda özünü oda atan, Bakının simvoluna, rəmzinə dönən Göyərçin

İbrahim peyğəmbər əleyhissəlamın adı ilə bağlı iki müqəddəs varlıq var ki, onların adı həm səma kitablarında, həm də hədislərdə keçir. İbrahim peyğəmbəri oda atmağı qərara alan Nəmrudun haqqdan uzaq qərarı qövmü ikiyə bölür. Tonqalın çatıldığı gün peyğəmbərin tərəfdarları Fironun əmrə müntəzir cəlladları ilə üz-üzə gəlir. Bir də görürlər ki, bir qarışqa ağzında bir damcı su gətirib tonqala atır, təzədən gölməçəyə sarı gedir, yenə bir damcı su ilə dönür. Ona həqarət edən tonqal çatanlar, peyğəmbərə dönük, haqqa asi çıxanlar: “Sənin bir damcı suyunla bu boyda tonqalın söndürülməsinimi zənn edirsən?” – deyə, sual  edirlər. Təhərini pozmayan qarışqa: “Bilirəm bir damcı su ilə tonqal söndürülməz, amma səfimi müəyyən edirəm!” cavabı ilə Nəmrudu belə heyrətə salır. İbrahim peyğəmbəri oda atırlar. Bu dəm də bir “ Göyərçin ağzında dəfnə yarpağı Nəmrudun taxtına qonur, dəfnə yarpağını onun ovcuna qoyub özünü oda atır”. Tanrıdan nida gəlir. Yanar Tonqal külə dönür. Oddan qurtulan İbrahim peyğəmbər haqq davasında Nəmruda sülhün əlini uzadan, peyğəmbərin eşqinə özünü oda atan Göyərçinə nəfəs verir. O gündən bu günə Qarışqa da, Göyərçin də müqəddəs varlıqlar sırasına yazılır. Onların yuvasını dağıdanlar, yuvasına isti su calayanlar xeyir görmür.

Qurani Kərimdə adı keçən Göyərçin Qobustanın Qayaüstü abidələri, İçərişəhər,  Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Səbail Qəsri,  Atəşgah Məbədi kimi Bakının simvollarından biridir. Onlar isti yerlərə getməz, köçəri həyat sürməzlər. Hər Azan sədası, səsi gələndə məscidlərin minarəsində dövrə vuran göyərçinlər Bakıda İbrahim peyğəmbərdən, Əhli-beytdən nişanə kimi müqəddəs bilinir.

Qəribəsi, daha maraqlısı isə odur ki, göyərçinlər istisna hallarda ruhu bədənindən qopan, yerlə göyün arasında körpü olan müqəddəsləri Tanrı dərgahına uğurlayırlar. Onların sırasında Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Mir Mövsüm Ağa və Mirəsədulla Mirqasımov, Şeyxülislam Ağa Əlizadə kimi tarixi şəxsiyyətlər, elmi-irfan bulağından içənlər, mənsub olduqları millətin, məmləkətin oyanışı, cəhalətdən qurtuluşu üçün qələm çalanlar, Tanrının Qələm və Kəlam müqəddəsliyi ilə müjdələnən həqiqət elçiləri, haqq yolçuları, din xadimləri, Əhli-beytə bağlı seyidlər, övliyalar var.

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ötən gün (sentyabrın 20-də) Xəzər hövzəsinin ən böyük və müasir gəmiqayırma müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunun (Baku Shipyard)

Ən son

Спорт

Baki-baku.az представляет их
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin