Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/11/2025

Paylaşın

ETNOQRAFIYA

Qurama – rənglərin harmoniyası, yaddaşın sənəti

Qurama

Qurama tikmə – türk dillərində kırkyama, özbək ənənəsində kurok və kurama, beynəlxalq aləmdə isə “patchwork” kimi tanınan qədim bir sənətdir. Müxtəlif parça hissələrinin bir-birinə calanması ilə yaranan bu texnika həm məişətdə istifadə olunub, həm də dekorativ sənətin incə nümunələrinə çevrilib. Azərbaycan bölgələrinin, xüsusilə Abşeronun, Gəncənin, Qazaxın və Gədəbəyin qurama mədəniyyəti bu gün də yaşamaqda davam edir.

Qurama məişətdə yorğan, döşəkçə, yastıq, salfet və örtüklərin bəzəyində geniş istifadə olunub. Ənənəvi olaraq həndəsi elementlər üzərində qurulan qurama tikmə zolaqların, üçbucaqlı və ya dördbucaqlı parçaların birləşməsindən ibarət olur. Lakin sadə texniki təsvirin altında hər ailənin, hər nənənin, hər evin öz hekayəsi gizlənib.

Sandıqdan çıxan ev bəzəyi

Qurama keçmişdə təkcə qənaətcilliyin yox, həm də qayğının və zövqün göstəricisi olub. Nənələr artıq qalan parçalardan bənzərsiz işlər yaradır, qızların cehiz sandığını bu nümunələr bəzəyirdi. Yeni gəlinin sandığındakı quramalar onun zəhmətini, bacarığını və ailə mədəniyyətinə bağlılığını göstərirdi.

Bu gün təşkil olunan festivallar, sərgilər və ustad dərsləri isə həmin ənənənin unudulmaması üçün yeni  körpüdür. Qurama gözəl bir dekorativ sənətidir. Və eyni zamanda nəsilləri birləşdirən bir dil, yaddaşın rənglərlə toxunmuş formasıdır.

Qurama

Bərpa edilən ənənə: Quramanın yenidən doğuluşu

2020-ci ilin dekabrından etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Məşğulluq Agentliyi qurama sənətinin bərpası üzrə geniş layihəyə start verib. Bu, həm qədim sənətin yeni nəsil üçün əlçatan olmasına, həm də quramanın tətbiqi sənət kimi inkişafına mühüm impuls verəcək.

Qurama parça qırıntılarından yaranan bütöv gözəllikdir. Hər ilmə bir xatirə, hər rəng bir nəfəsdir. İçərişəhərdə keçirilən festival, sənətkarların hekayələri və bu sahənin bərpasına yönəlmiş layihələr sübut edir ki, qurama Azərbaycan mədəniyyətinin yaşayan, yenilənən və gələcəyə daşınan ən zərif sənət xəzinələrindən biridir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların

Ən son

TARİXİMİZ

Basqal hamamı da məhz belələrindəndir — Niyaldağ silsiləsinin ətəyində, İsmayıllının məşhur Basqal kəndində əsrlərin içindən

TARİXİMİZ

Basqal hamamı da məhz belələrindəndir — Niyaldağ silsiləsinin ətəyində, İsmayıllının məşhur Basqal kəndində əsrlərin içindən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin