Nəşr edilmişdir 01/22/2025

Paylaşın

GÜNDƏM

Qazaxıstan Şımkentdən Bakıya birbaşa reys açacaq

0A203A18-69D3-41B4-B08B-1E09F70C4044

Qazaxıstan Şımkent hava limanının yeni terminalından Avropa və Asiyaya, o cümlədən Azərbaycana yeni reyslərin açılmasını planlaşdırır.
Bu barədə Baki-Baku.az xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, yeni terminal bazasında 14 daxili və 16 beynəlxalq marşrutun açılması planlaşdırılır. Bu, sərnişinlərə Avropa İttifaqı ölkələrinə, Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və digər populyar beynəlxalq istiqamətlərə səyahət etmək imkanı verəcək.
“Hazırda yeni terminalda Qazaxıstan üzrə müntəzəm reyslərə xidmət göstərilir. Yaxın gələcəkdə reyslərin bir hissəsi həm Qazaxıstan, həm də xarici aviadaşıyıcıları qəbul edəcək yeni terminala köçürüləcək”, – məlumatda qeyd olunub.
Yeni terminalda sərhəd nəzarəti və gömrük avadanlıqlarının quraşdırılması başa çatdıqdan sonra beynəlxalq sektor və tranzit zona açılacaq.
“Yeni terminalın açılması və aviasiya habının inkişafı ilə regiondan həyata keçirilən istiqamətlərin sayı 45-ə çatacaq. Yaxın planlarda marşrut şəbəkəsinin genişləndirilməsi var. Buraya Bakı istiqamətində genişləndirilmə də daxildir”, – məlumatda bildirilib.
Şımkentin köhnə terminalı həm beynəlxalq, həm də daxili reyslərə xidmət göstərməklə adi rejimdə fəaliyyətini davam etdirir. Gün ərzində təxminən 15 reys həyata keçirilir ki, bunlardan 6-sı daxili, 9-u isə beynəlxalq reysdir. Populyar istiqamətlərə Astana, Almatı, Aktau, Atırau, Semey, Aktöbe, İstanbul, Moskva, Antalya, Dubay, Mədinə, Ciddə, Şarm əl-Şeyx, Phuket və Kutaisi daxildir.
“Beynəlxalq zonanın yaradılması başa çatdıqdan sonra köhnə terminal tədricən reyslərdən azad ediləcək. Həm daxili, həm də beynəlxalq istiqamətlər üzrə əsas yük yeni terminala keçəcək”, – məlumatda qeyd edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin

Ən son

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması

GÜNDƏM

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması