Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/18/2025

Paylaşın

İdman

“Qarabağ”ın oyununa təyinat alan hakim daha əvvəl “Neftçi”nin matçını idarə edib

"Qarabağ"ın oyununa təyinat alan hakim, Neftçi, Qarabağ, Ferentsvaroş, Olimpiakos, Hakim, Futbol

“Qarabağ”ın Macarıstanda “Ferentsvaroş”a qarşı keçirəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan portuqaliyalı hakim Juan Pedru da Silva Pineyru daha əvvəl bir dəfə Azərbaycan komandasının qarşılaşmasını idarə edib.
Baki-baku.az-ın məlumatına görə, 37 yaşlı ədalət təmsilçisi 2021-ci ildə “Neftçi”nin matçında iş başında olub.
FIFA referisi həmin vaxt “ağ-qaralar”ın Yunanıstanda “Olimpiakos”a uduzduğu (0:1) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə baş hakim olub. Pineyru meydan sahiblərindən Madi Kamaraya, “Neftçi”də isə Mert Çelikə qırmızı vərəqə göstərib.
2016-cı ildən beynəlxalq oyunlara təyinat alan hakim avqustun 13-də Fransanın PSJ və İngiltərənin “Tottenhem” komandaları arasında keçirilmiş UEFA Superkubok matçını da idarə edib. Həmin görüşdə azərbaycanlı FIFA referisi Elçin Məsiyev dördüncü hakim olub.
Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin