Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Qarabağda postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri WUF13-də təqdim olunub

WUF13

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirin açılışında Xankəndi şəhəri, Şuşa, Ağdərə və Xocalı rayonlarında görülən bərpa-quruculuq işlərinə dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov işğaldan azad olunduqdan dərhal sonra rayonda quruculuq işlərinin başladığına diqqət çəkib. Onun sözlərinə görə, bu proses son bir neçə il ərzində çox sürətlə inkişaf edib. Xüsusi nümayəndə bildirib ki, Şuşada 200-ə yaxın tarixi və mədəniyyət abidəsi mövcuddur, onların əksəriyyəti işğal dövründə dağıdılaraq zərər görüb. Tut bağında yerləşən 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası, Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası daxil olmaqla ümumilikdə 27 abidə bərpa edilib.

A.Kərimov əlavə edib ki, 2024-cü il mayın 10-dan etibarən Şuşaya 1411 nəfər, yəni 377 ailə köçürülüb. Birinci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina istifadəyə verilib. Artıq Şuşada Müalicə-Diaqnostika və Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Qızlar Gimnaziyası Məktəbinin də bərpa işləri davam etdirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov isə vurğulayıb ki, Xankəndi, Ağdərə və Xocalıda minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri ən çətin proseslərdən biri idi. “Xankəndidə 1456 hektar, Ağdərədə 10 min 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib”, – deyə xüsusi nümayəndə əlavə edib.

E.Yusubov, həmçinin məlumat verib ki, işğaldan azad olunan Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya 1083 ailə (4510 nəfər) qayıdıb.

“Dəmir yolu və avtobus terminal layihəsi çərçivəsində, 28 kilometr uzunluğundakı Ağdam-Xankəndi dəmir yolu xəttinin dizayn işləri 90 faiz, tikintisi isə 51,1 faiz tamamlanıb. Eyni layihə çərçivəsində yer alan Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin də dizayn işlərinin 90 faizi, tikinti işlərinin isə 40 faizi yekunlaşıb”, – deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Yaşıl evlər, yaşıl eyvanlar:

Ən son

GÜNDƏM

Müxtəlif regionlarda yerləşən sənaye zonaları arasında yeni əlaqələrin qurulması və iqtisadi imkanların yenidən bərpası, uzunmüddətli

GÜNDƏM

Müxtəlif regionlarda yerləşən sənaye zonaları arasında yeni əlaqələrin qurulması və iqtisadi imkanların yenidən bərpası, uzunmüddətli
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin