Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/14/2025

Paylaşın

GÜNDƏM

Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq

Qarabağ Universiteti, Şuşa, Xocalı, Heydər Əliyev və Suveren Azərbaycan

“Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsi fəaliyyət göstərəcək”.

Baki-baku.azReport“a istinadən xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi Xocalıda fəaliyyətə başlayacaq.

“Qarabağ Universiteti məhz Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitetdir. Bu universitetin mahiyyəti tələbələridir. Bu şəhərin bərpasında və inkişafında tələbələrin rolu böyükdür, odur ki, buranı seçən tələbələrə təşəkkür düşür. Çünki buradakı tələbələrin çox başqa universiteti də seçə bilərdi. Hüquq fakültəsinə qəbul olan 600 baldan çox yığan tələbələrdir”, – E.Əmrullayev əlavə edib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin