Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/18/2025

Paylaşın

İdman

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır

"Ferentsvaroş" - "Qarabağ", Ferentsvaroş, Qarabağ, Çempionlar Liqası

“Qarabağ” komandası “Ferentsvaroş”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Macarıstana yollanır.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Komandanı aparan təyyarə saat 11:00-da yola düşəcək. Bu gün, Bakı vaxtı ilə saat 21:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 21:30-da isə komandanın açıq məşqi təşkil olunacaq.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qədim Yunanıstanda təşkil olunan Olimpiya oyunları təkcə güc və dözümlülük meydanı deyildi.