Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/21/2025

Paylaşın

GÜNDƏM

Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək

ABŞ-də Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Lüdviq Mərkəzinin alimləri xərçəng xəstəliyinin ilk simptomlar yaranmazdan bir neçə il əvvəl qanda aşkarlanmasının mümkün olduğunu müəyyən ediblər.

Baki-Baku.az xəbər verir ki, bu barədə Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının “Cancer Discovery” jurnalında dərc olunmuş elmi məqaləsində bildirilir.

Tədqiqatçılar MCED (Multi-Cancer Early Detection) adlanan çoxnövlü erkən xərçəng aşkarlama testi vasitəsilə ultrahəssas DNT sekvensiya üsullarından istifadə edərək müəyyən ediblər ki, şişlər diaqnoz qoyulmazdan 3 il əvvəl qan dövranında müəyyən genetik izlər buraxmağa başlayır.

Tədqiqatın aparıcı müəllifi Yusyuan Van qeyd edib ki, bu zaman çərçivəsi erkən tibbi müdaxilə üçün yetərli imkan yaradır:

“Bu mərhələdə şiş hələ tam inkişaf etməmiş olur və müalicənin uğurla nəticələnməsi ehtimalı xeyli yüksəkdir”, – deyə o vurğulayıb.

Bu nəticə, xərçəngin erkən mərhələdə aşkarlanması və qarşısının alınması sahəsində tibbin böyük irəliləyişi hesab olunur. Alimlər bildirirlər ki, belə texnologiyalar gələcəkdə xərçəngin ölümcül fəsadlarını azaltmaqda mühüm rol oynaya bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verib.

GÜNDƏM

Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin