Nəşr edilmişdir 06/19/2025

Paylaşın

GÜNDƏM

Qənnadı möcüzəsi – marmelad

Marmeladı adi bir şirniyyat hesab edirsiniz? Səhv edirsiniz!

Baki-baku.az-ın verdiyi məlumata görə, bu qastronomiya “uzunömürlüsü”nünü tarixi qədim Yunanıstana qədər gedib çıxır. Həmin dövrdə meyvələr uzun müddət bişirilərək qatı püreyə çevrilirdi – bu da müasir pektinin ilk forması sayılır. Yaxın Şərqdə marmelada bənzər şirniyyat – rahat-lukum, Fransada və Portuqaliyada isə heyvadan hazırlanan marmelad məşhur idi.
Şotlandlar isə iddia edirlər ki, marmelad onların ixtirasıdır. Əfsanəyə görə, Şotlandiya kraliçası Mariya Stüartın saray həkimi onu soyuqdəymədən müalicə etmək üçün xüsusi meyvəli dadlı bir vasitə hazırlamışdı. Bu, “Marie malade” – yəni “xəstə Mariya” idi. Bu günə qədər Şotlandiyada “Mariya marmeladı” adlı resept qorunub saxlanır.
Bəs bu şirniyyatın bütün dünyada populyar olmasının səbəbi nədir? Cavab onun tərkibində gizlidir. Marmeladın əsasını təşkil edən sitrus pektini və dəniz yosunlarından alınan aqar sadəcə bərkidici deyil – bunlar təbii detoks vasitələridir. Onlar orqanizmdən toksinləri çıxarır, həzmi yaxşılaşdırır və hətta qalxanabənzər vəzinin fəaliyyətinə dəstək olur.
Marmelad – həm dadlı, həm də faydalıdır. Amma bir vacib məqam var: onu sənaye üsulu ilə hazırlanmış, süni boya və şəkərlə dolu məhsullarla qarışdırmayın. Əsl marmelad almaq istəyirsinizsə, manqo, zəncəfil və ya alma tərkibli təbii desertləri seçin – beləliklə, hər dişləm həm ləzzət, həm də sağlamlıq deməkdir.
Əsrin faktı: marmeladın kalori miqdarı 350 kkal-dan azdır, tərkibində yağ yoxdur, maksimum fayda verir. Hətta şəkərsiz olan növləri şəkərli diabet xəstələri üçün belə uyğundur. Bu sizcə də sensasiya deyilmi?..


Əbülfəz Babazadə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda çay mədəniyyəti və çayxanaların sosial rolu

Ən son

GÜNDƏM

Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

GÜNDƏM

Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.