Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/11/2025

Paylaşın

GÜNDƏM, SİYASƏT

Prezident İlham Əliyevin Antalyada Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşü olub

IMG-20250411-WA0090

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.
Baki-baku.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı.
Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd etdi.
Ersin Tatar dövlətimizin başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, yanğın Fəvvarələr meydanında qurulan "Soyuq əllər, isti ürəklər" yarmarkasındakı köşklərin birində

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, yanğın Fəvvarələr meydanında qurulan "Soyuq əllər, isti ürəklər" yarmarkasındakı köşklərin birində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin