Nəşr edilmişdir 12/29/2024

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan üç nəfərə “Milli Qəhrəman” adı verdi

Milli Qəhrəman

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Baki-baku.az xəbər verir ki, Sərəncamda deyilir:

2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:

Kşnyakin İqor İvanoviç (ölümündən sonra)

Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)

Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Baki-Baku.az

Ən son

ƏSAS XƏBƏRLƏR

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb.Baki-Baku.az-a Bakı Şəhər

GÜNDƏM

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb. Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən

GÜNDƏM

Azərbaycan ərazisində yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə