Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/25/2026

Paylaşın

GÜNDƏM

ADY Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə müraciət edib

WhatsApp Image 2026-05-25 at 16.04.39

Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı digər sənədlərin təqdim olunması mütləqdir.
Bu barədə Baki-baku.az “Azərbaycan Dəmir Yolları”na QSC (ADY) istinadən xəbər verir.
Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.
“Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!”, – ADY-dən bildirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb.

Ən son

GÜNDƏM

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci

GÜNDƏM

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin