Nəşr edilmişdir 04/21/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib

Roma, Roma Papası, Fransisk

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası I Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma Kilsəsinin kamerlenqosu kardinal Kevin Farrell həzrətlərinə başsağlığı verib.

Baki-baku.az President.az-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

“Zati-həzrətləri, Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası zati-müqəddəsləri Fransisk həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.

Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdilər.

Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub-saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdı.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində zati-müqəddəsləri Fransisk həzrətlərinin misilsiz xidmətləri olub. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaq.

Bu ağır itkinin kədərini bölüşür, sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mayın 13-15-də Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.